Dünyadan

Rusiyalı futbolçular milyonlar qazandı

Rusiya millisinin üzvləri Səudiyyə Ərəbistanı və Misir üzərində qazandığı qələbəyə görə, futbolçular mükafaytlandırılıb.

İdmanxeber.com-un məlumatına görə, oyunçulara ümumilikdə 6 milyon dollar, məşqçi və texniki heyətə 2 milyon  dollar verilib. Yığma 1/8 finala yüksəldiyi üçün  bu həftə əlavə olaraq 12 milyon dollar ( 9 milyon oyunçulara, 3 milyon məşqçi və texniki heyətə) ödəniləcək.

Qeyd edək ki, komanda 1/4 finala çıxacağı təqdirdə isə 15 milyon dollar mükafat ala bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43