Ölkə futbolu

“Rusiyaya gedəndə siyasət barədə düşünmürdüm” – Mateus Saldanya

“Neftçi”nin hücumçusu Mateus Saldanya Azərbaycan komandasının Rusiyanın Sankt-Peterbuqr şəhərində keçirdiyi “Matç Tv” turniri barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “sport24.ru” saytına danışan braziliyalı futbolçu turnir barədə təəssüratlarını bölüşüb:

“Rusiyaya turnirdə oynamağa gedəcəyimizi deyəndə, ümumiyyətlə, siyasət haqqında düşünmürdüm. Çünki onu idmanla qarışdırmaq istəmirəm. Rusiyaya səfərə müsbət reaksiya verdim. İlk təəssüratım ondan ibarətdir ki, insanlar bizi qonaqpərvərliklə qarşıladılar. Ruslar haqqında yalnız yaxşı şeylər deyə bilərəm”.

Xatırladaq ki, “Neftçi” ilk oyunda “Zenit”ə 3:1 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43