İdman

Vəzifə vəd edildi, məşqçi oldu – ÖZƏL

Azərbaycan Güləş Federasiyası rəhbərliyi yeni təyinat gerçəkləşdirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Toğrul Əsgərov gənc xanımlardan ibarət millimizin məşqçisi təyin edilib. Əvvəlcə onun federasiyada vitse-prezident vəzifəsində çalışacağı gözlənilsə də, rəhbərlik daha sonra belə bir qərar verib.

Təyinatın yaxın vaxtlarda rəsmən açıqlanması gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43