Kateqoriyasız

Ruslan Əmircanov: “Növbəti qələbəmizlə azarkeşlərimiz sevindirməyə çalışacağıq”

Topaz Premyer Liqasının VI turunda “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, “Qırmızı-qaralar”ın təcrübəli futbolçusu Ruslan Əmircanov paytaxt təmsilçisi ilə Qəbələdə keçiriləcək görüş haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb:

“Neftçi” ilə oyunöncəsi komandada əhval-ruhiyyə əladır. Oyuna yaxşı hazırlaşmışıq. Yalnız rəqibin oyununun təhlili qalıb. Düzdür, “Neftçi”nin oyunlarını, epizodlarını izləmişik. Amma bir daha təhlil edib, güclü və zəif tərəflərini daha dərindən öyrənəcəyik. Özüm də bu komandada oynamışam, onlara qarşı da çıxış etmişəm. Amma yeni oyunçuları olduğundan belə təhlil zəruridir. Rəqib güclü komandadır. Baş məşqçi dəyişikliyindən sonra da “Xəzər Lənkəran” kimi rəqibə qalib gəlib. Son oyunda biz də qalib gəlmişdik. Bu da ab-havaya müsbət təsir edir. Amma həmin görüşü unudub, qarşıdakına köklənmişik. Hamımız matçın ciddiliyini yaxşı başa düşürük. Doğma meydanda oynayacağıq. Növbəti qələbəmizlə azarkeşlərimiz sevindirməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43