Kateqoriyasız

Ruslan Abışov: “Bu tilsimi qırmağa çalışacam”

“Yeni baş məşqçi gələcək və hər şey sıfırdan başlayacaq. Mən komandayla birgə qış toplanışına qatılacam. Yeni baş məşqçi kim olacaqsa və bəyənərsə oyunumu əsas heyətdə çıxıb mübarizə aparacam. Biurada bir az bəxt amili də rol oynayır. Çünki Azərbaycanı futbol ölkəsi kimi tanımırlar və buna görə də ciddi yanaşmadıqlarını da görmək olur”.

Bu sözləri idmanxeber.com-a “Rubin”in üzvü Ruslan Abışov deyib:

Kazan təmsilçisinin futbolçusu qışda komandadan ayrılıb-ayrılmayacağına da aydınlıq gətirib:

“Qışda başqa kluba icarəyə verilməyim yeni baş məşqçidən asılıdı. İndi bilmək olmur ki, yeni çalışdırıcı məni əsas heyətdə oynadacaq, ya yox. Ancaq mən bu tilsimi qırmağa çalışacam. Ən azı hər tur olmasa da, bir oyundan bir meydana çıxsam yaxşı göstərici olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43