Dünya futbolu

Ruslan Abışov oynadı, “Rubin” uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Rubin” bu gün növbəti yoxlama oyununu keçirib.

Kazan təmsilçisinin budəfəki rəqibi Almaniyanın ikinci divizion təmsilçisi "Paderborn" klubu olub.  Matç almanların 2:1 hesabı ilə xeyrinə başa çatıb.

Qeyd edək ki, qarşılaşmada millimizin futbolçusu Ruslan Abışov da iştirak edib. O, ikinci hissədə meydana daxil olub.

25 yanvar

"Rubin" – "Paderborn" – 1:2

Qollar: Torbinskiy, 36 (1:0), Ten Voorde, 67 (1:1), Vuçinoviç, 90-pen (1:2)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43