Ölkə futbolu

Yeni futbolçu Mustafa Dənizlini heyrətləndirdi – FOTO

Premyer Liqanın qış fasiləsində Antalyada hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” toplantının əvvəlindən bəri ilk dəfə sərt hava şəraiti ilə qarşılaşıb.

Hər gün mülayim və quru havada məşq etməyə alışan komandamız yanvarın 25-də leysan yağış altında səhər məşqini keçirib. Komandanın düşərgəsində olan Makedon hücumçu məşqin gedişində toplu çalışmaları yerinə yetirərkən və iki tərəfli oyun  zamanı özünü yaxşı tərəfdən göstərərək nəinki futbolçu yoldaşlarını hətta məşqçilər korpusunu da heyrətləndirə bilib.

"Xəzər Lənkəran”ın düşərgəsindən verilən xəbərə görə isə klub tərəfi braziliyalı futbolçu Elias Ribeyro de Oliveyra ilə aparılan danışıqların sonunda cənubi amerikalının bütün şərtlərini qəbul edib. Hazırda isə komandanın düşərgəsində hamı Eliasın yolunu gözləyir. Xatırladaq ki, braziliyanın məhşur “San Paulu” klubunun yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində vətənində “Bahia”, “Vasko di Qama”, “Fluminense”, “Atletiko Qoyaniense”, “Fiqueyrense”, BƏƏ-də “Əl-Əyn” klubunun şərəfini qoruyub. Futbolçunun son klubu “Atletiko Paranaense”  klubudur.

12cioyuncu.info

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43