Kateqoriyasız

Ruslan Abışov “Rubin”dən ayrılır: futbolçumuzun transfer qiyməti də açıqlandı

Milli komandamızın üzvü Ruslan Abışov “Rubin”dən ayrılır.

İdmanxeber.com-un məlumatına görə, bununla bağlı “KazanFirst” portalı məlumat yayıb. Xəbərdə bildirilir ki, “Rubin”lə hələ yarım illik müqaviləsi olan Abışov ehtiyyatda qaldığından artıq komandadan ayrılmaq qərarına gəlib. Futbolçumuzun transfer qiymətinin 400 min avro olduğunu açıqlayıblar.

Qeyd edək ki, Ruslan 2013-cü ildə “Rubin”in sabiq baş məşqçisi Kurban Berdıyevin istəyi ilə “Xəzər Lənkəran”dan transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43