Dünyadan

“Real”ın futbolçusunun evində partlayış baş verdi: iki nəfər zəhərləndi, biri isə yandı FOTOLAR

Madrid “Real”ının gənc ulduz futbolçusu Xese Rodrigesin evində güclü partlayış baş verib.

İdmanxeber.com “Marca”ya istinadən xəbər verir ki, partlayış bəxtsiz futbolçunun evinin qarajında baş verib. Hadisə zamanı qarajın 3 işçisindən ikisi zəhərlənib və birinin isə bədəninin bir hissəsi yanıb.

Qeyd edək ki, Xese Çempionlar Liqasının 1/8 finalında “Şalke”yə qarşı cavab oyununda zədələnərək mövsümün sonuna kimi sıradan çıxıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43