Ölkə futbolu

Ruslan Abışov Rusiya klubunun düşərgəsinə yollandı

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun düşərgəsinə yollanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə veteran müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

“Əgər futbolçu karyeranda Kurban Berdıyev kimi məşqçin olubsa, deməli, sən bir addım öndəsən. Öyrənmək üçün gəlmişəm” – deyə, Aışov deyib.

O, yaya qədər Mahaçqala təmsilçisində məşqçilik təcrübəsi keçəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Ruslan Abışov 2013-2015-ci illərdə Rusiyanın “Rubin” komandasında Kurban Berdıyevin rəhbərliyi altında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43