Ölkə futbolu

“Səbail” serblərə məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün Antalyada son yoxlama matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Serbiyanın “Spartak Subotiça” klubu ilə üz-üzə gəlib və görüşdən məğlub ayrılıb – 1:0.

Xatırladaq ki, paytaxt təmsilçisi Türkiyə toplanışında “Legiya”(2:2) və “Bohemians”la (0:0) bərabərə qalmışdı.

15:00 “Səbail” – “Spartak Subotiça” 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43