19 Sentyabr 2024
Ölkə futbolu

“Səbail” yeni transferini açıqlayıb – RƏSMİ

Səbail” 2024-cü ildə ilk transferini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, “dənizçilər” son olaraq Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış etmiş Madi Quetanı heyətinə qatıb. “Portu”nun yetirməsi olan, karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının formasını geyinmiş 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin Qvineya-Bissau yığmasının üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43