Ölkə futbolu

“Səbail”in sabiq futbolçusu bölgə klubunda

Azərbaycan I Liqa təmsilçisi “İmişli” heyətini gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi Ruslan Hacıyevlə razılığa gəlib. 25 yaşlı yarımmüdafiəçi sabah müqavilə imzalamaq üçün İmişliyə yollanacaq.

Hacıyev ötən ili “Səbail”də keçirib. O, mövsümün əvvəlində “İrəvan”da çıxış etsə də, maliyyə problemləri səbəbindən klubdan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43