Ölkə futbolu

“Sabah” ilk oyunundan qələbəylə ayrıldı

İtaliyanın Ravenna şəhərində, “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası ilk oyununu keçirib.

İdmanxeber.az məlumat verir ki, “Sabah” turnirdə birinci matçında yerli “Zambra Calcio” komandasına 2:0 hesabıyla qalib gəlib.

Nasir Nəsirlinin yetirmələri turnirdə İtaliyanın “Zambra Calcio”, “Piza”, “Rosina”, həmçinin Lüksemburqun “Benfika Escola” komandaları ilə bir qrupda mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43