19 Sentyabr 2024
Ölkə futbolu

3 futbolçu “Neftçi”yə kömək edə bilməyəcək

“Neftçi” Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə qarşılaşacağı “Sabah”la oyuna üç itki ilə hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, son məşqdə Qara Qarayev, Reziuan Mirzov və Emil Balayevdən başqa bütün futbolçular iştirak ediblər.

“Sabah” – “Neftçi” qarşılaşması sabah saat 16:00-da “Bank Respublika Arena”da  oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43