Kateqoriyasız

“Sabah” Türkiyədə çempion oldu

“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq turnirində iştirak edib.

idmanxeber.az xəbər verir ki, təmsilçimiz turnirin qrup mərhələsində Suriyanın “El Nuhbe” (2:2) və Türkiyənin “Kepezaltı” (2:2) komandası ilə heç-heçə edib, yerli “Ortacı Esnaf” komandasına qalib gələrək (4:2) 1/4 finala vəsiqə qazanıb.

U-14 bu mərhələdə Türkiyənin “Antalya” komandasına böyük hesabla qalib gələrək (3:0) yarımfinala adlayıb. Bu mərhələdə “Kepezaltı”nı 2:1 hesabıyla üstələyən Şahin Zeynalovun baş məşqçisi olduğu komanda finala vəsiqə qazanıb. 

Həlledici matçda “Antalyaspor”la qarşılaşan “Sabah” əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında qalib gələrək çempion olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43