19 Sentyabr 2024
Ölkə futbolu

“Sabah”ın növbəti rəqibi bəlli olub

“Sabah”ın Antalyadakı növbəti rəqib məlum olub.

İdmanxeber.az xəbər verir ki, Masazır təmsilçisi “Vorskla” ilə qarşılaşacaq. Bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb.

Oyun 14 yanvar tarixində baş tutacaq. Qarşılaşmanın başlama saatı barədə məlumat verilməyib.

Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq görüşündə Rumıniyanın “Rapid” klubunu 2:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43