Misli Premyer Liqasının 11-ci turunda səfərdə “Neftçi”yə qalib gələn “Sabah”ın prezidenti Maqsud Adıgözəlov nümunəvi addımla diqqət mərkəzinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun başqanı qarşılaşmanı azarkeşlər ilə birlikdə tribunadan izləyib. Klub rəhbəri oyundan sonra isə fanatlar ilə foto çəkdirib.
Qeyd edək ki, “Sabah” “Neftçi”ni 3:2 hesabı ilə məğlub edərək ikinci pillədəki mövqeyini qoruyub.