Dünya futbolu

“Qarabağ”la oyun öncəsi sevinmələrinə imkan vermədilər

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Nant” Fransa çempionatında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda 12-ci turda səfərdə “Nitsa” ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. “Nant” oyuna əlavə olunmuş sonuncu dəqiqədə qol buraxaraq qələbəni əldən verib.

Xatırladaq ki, “Nant” oktyabrın 27-də “Qarabağ”ı qonaq edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43