Ölkə futbolu

Sabiq “Fənərbağça”lı da “Xəzər Lənkəran”da

"Xəzər Lənkəran"ın baş məşqçi postuna namizəd olan Mustafa Dənizli Lənkərana tək gəlməyib. 

Belə ki, onunla birlikdə komandanın "Bakı" ilə oyununu izləyən Oğuz Çətin də bölgəyə təşrif buyurub.

Klubdan idmanxeber.com-a verilən məlumata görə, Çətin  Dənizlinin komandadakı ilk köməkçisi olacaq.

“Xəzər Lənkəran” yaxın vaxtlarda Dənizli ilə müqavilə imzalayacaq. Anlaşmanın müddətinin 2 illik olacağı bildirilir.

Qeyd edək ki, Oğuz  Çətin Türkiyə millisinin və "Fənərbağça"nın sabiq məşqçisi olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43