Kateqoriyasız

Sadıq Sadıqov dünya çempionu ilə görüşüb

“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bu yaxınlarda Serbiyanın paytaxtı Belqradda kikboksinqin WAKO versiyası üzrə dünya çempionu olmuş (k-1) “Ağsu” İdman Klubunun yetirməsi Elşad Ələsgərov, onun şəxsi məşqçisi Elnur Əliyev və Ağsu İdman Kompleksinin direktoru Mirələm Rəhimovla görüşüb. 

İdmanxeber.com-un məlumatına görə, Respublikamızda idmanın inkişafından və bu sahəyə göstərilən dövlət qayğısından geniş söhbət açan aparat rəhbəri, idmançılarımızın beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etmələrindən də fəxarətlə danışıb.

Elşad Ələsgərovun möhtəşəm qələbəsini yüksək dəyərləndirən natiq, onun 6 ildən sonra yenidən Azərbaycana WAKO versiyası üzrə dünya çempionluğunu gətirdiyini xüsusi vurğulayıb. O, Ağsu İdman Kompleksində idmançılar üçün yaradılan hər cür şəraitdən və bu kompleksdə hələ çox idmançıların yetişəcəyindən də söhbət açıb. Aparat rəhbəri Elşad Ələsgərovu və onun məşqçisini qazanılan möhtəşəm qələbə münasibətilə təbrik edib, onlara daha böyük uğurlar diləyib.

Elşad Ələsgərov və Elnur Əliyev idmançılara yaradılan şəraitə və göstərilən qayğıya görə SOCAR-ın rəhbərliyinə təşəkkürlərini çatdırıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43