Ölkə futbolu

Sadıq Sadıqov İdmanxeber.com-un xəbərini təsdiqlədi: … və “Neftçi” iddiasını itirir

"Neftçi"nin yayda lazım olacaqsa cəmi bir legioner futbolçu transfer edəcəyi haqda sizə eksklüziv məlumat vermişdik.

Hətta ARNDŞ-nin hesabına maliyyələşdirilən "Neftçi"yə yalnız yerli futbolçularla çıxış etmək göstərişi verilməsi, "ağ-qaralar" yeni mövsümdən legionerlərin sayını azaltmaqla bu yöndə ilk addımı atacağı haqda da sizi məlumatlandırmışdıq.

İdmanxeber.com-un məlumatına görə, bir həftə bundan öncə özəl olaraq sizə verdiyimiz xəbər (http://http://idmanxeber.com/xeber/9609/təsdiqini tapıb. Belə ki, "ağ-qaralar"ın prezidenti Sadıq Sadıqov apasport.az-a müsahibəsində komandanı gəncləşdirmək istədiklərini bildirib:

"Fikrimiz odur ki, komandanı gəncləşdirək. “Rəvan”la oyunda 4 21 yaşadək futbolçumuz oynayırdı. “Sumqayıt”la matçda heyətdə gəncləri buraxsaq da, onlar bacarmadılar. Bu da ondan irəli gəlirdi ki, heç vaxt birdən-birə elitada oynamamışdılar. Mən elə başa düşürəm ki, Avroliqaya düşmək niyyətimiz yoxdur. Məqsədimiz ancaq komandanı gəncləşdirməkdir. Bu, ən azından millimizə yeni simalar qatmağa xidmət edəcək. Komandanı gəncləşdirsək, biz 2 il iddialı olmarıq. Bundan sonra daha yaxşı olacaq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43