Ölkə futbolu

Şahin Diniyev: “Bu heyət yetərlidir”

 “Oyunu yaxşı gördünüz. Məni narahat edən yalnız qalib ruhunun olmamasıdır. Komanda uduzanda heç kim tələsmirsə, problem budur”.
 
İdmanxeber.com-un məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Baş məşqçi Premyer Liqanın ilk turunda “Qəbələ” ilə keçirilmiş oyun haqda bunları bildirib:
 
“Oyuna görə komandaya təşəkkür edirəm. Fikrimcə yaxşı oynadır. Müdafiə komanda hücum olunanda qurulur. Biz də hücum quranda müdafiə oluna bilmirdik. Çempionat yeni başlayır. Belə oynasaq, hər oyun artırsaq, yaxşı olacaq. Oyun üstünlüyü bizdə idi. Sadəcə futbolçuların ustalıq səviyyəsi qol vurmağa imkan vermədi. Bir neçə imkanı əldən verdik. Futbolçuların xaraketerindən narazıyam. Oyunda dönüş etməmək, aqressivliyin olmaması, bunlardan razı deyiləm. Fikrimcə “Qəbələ”dən heç də zəif oyun göstərmədik. Bu gün biz Dmitri Bezotosnını məşq etdirdik. Bütün toplar üzərinə gedirdi. 8 komandalıq çempionatda avrokuboklara düşmək üçün deyərdim ki, bu heyət yetərlidir”.(Sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43