Ölkə futbolu

Roman Qriqorçuk: “Əvəzləməni müzakirə etmək istəmirəm”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının I turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

İdmanxeber.com-un məlumatına görə, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmanı belə şərh edib.

 

– Teo Uiksin əvəzlənməsi nə ilə bağlı idi?
– Əvəzləməni müzakirə etmək istəmirəm. Burda xüsusi fərqli bir şey yox idi.

 

– Rəşad Sadiqov zədələnməsəydi, Tellur Mütəllimovu meydana buraxacaqdınız? 
– Həmin an üçün olan vəziyyətə görə qərar verdim. 

 

– “İnter”lə oyun barəsində nə deyə bilərsiniz? Onların “Qarabağ”la matçına baxmısınız?
– Xeyr, baxmamışam. Vaxtımız olmayıb. Sabahdan rəqibi analiz edəcəm.

 

– Legioner limiti sizi çox düşündürdü?
– Legioner limitini faydasız hesab edirəm. Lakin bununla bağlı qərar qəbul olunub və buna hörmətlə yanaşıb, mövcud əsasnaməyə riayət edirik. Bu əvvəldən verilən qərardı və biz də buna görə işlərimizi qurmuşuq.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43