08 Sentyabr 2024
Ölkə futbolu

Şahin Diniyev: “Qələbəni qəbul ediriksə, məğlubiyyəti də etməliyik”

“Oyun haqda danışmaq asan və çətindir. Şikayətlənməyi sevməyən məşqçiyəm. Amma kiçik komandayıq, birdən-birə altı nəfərin olmaması böyük faciədir. Nə oyunu dəyişmək olur, nə də gücləndirmək. Futbolçulara təşəkkür edirəm. Dominant futbol oynadıq. Sadəcə, bəxtsizliyə görə uduzduq. Elə oyunlar olub ki, layiq olmamışıq, amma qalib gəlmişik. Məğlubiyyətə layiq deyildik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 18-ci turunun “Səbail”lə(1:0) səfər görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Yaxşı oynadıq. Topa nəzarət bizdə idi, keyfiyyətli oynadıq. 18-ci tur olsa da, komandamızda güc var idi. “Sumqayıt”ı təbrik edirəm. Matç həm onlar, həm də bizim üçün vacib idi. Çox uzaqda deyilik. Yolumuza davam edəcəyik. Toplanışımız olacaq. Mütləq güclənəcəyik.İki-üç oyunçu gələcək.  Güclənəcəyik deyəndə ki, həm Ağabala Ramazanov, həm də David Qomis mövsümü başa vurub. Onların yerini doldurmaq üçün belə addım atacağıq. Onlar olsaydı, buna ehtiyac yox idi. “Səbail” düzgün yoldadır, komandanın xarakteri var. “Sumqayıt” elə-belə komanda deyil. Onları bu heyətlə qapılarına otuzdurduq.

Qısa cavab verə bilmirəm. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Uduzmamalı idik. Hansı komanda bir qol vursaydı, qalib gələcəkdi. “Sumqayıt”ın qələbəsini kiçiltmirəm, vuruşdular. Premyer Liqa səviyyəsində yaxşı oyun oldu. Bilirdim ki, “Sumqayıt”da 60-cı dəqiqədən sonra fiziki sarıdan eniş olur. Amma oyunumuzu sürətləndirmək üçün əlimdə material olmadı. Futbolçularımı kiçiltmirəm. Sadəcə, kreativ oyunçularımızın az olması, oyunun tempini qaldıra bilməməyimizə də səbəb oldu. Qələbəni qəbul ediriksə, məğlubiyyəti də etməliyik. Üzülmürük. Çünki düzgün yoldayıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43