Kateqoriyasız

Şahruddin Məhəmmədəliyevin son durumu – Qurban Qurbanov açıqladı

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Turan Tovuz”la matçda zədələnib.

İdmanxeber.az xəbər verir ki, komanda yoldaşı Bədavi Hüseynovla toqquşan qolkiper boynu üstə yerə düşüb. O, oyunu davam etdirsə də, matçın final fitindən sonra meydanı xərəkdə tərk edib.

“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, qapıçının durumuna sabah keçiriləcək həkim müayinəsindən sonra aydınlıq gələcək.

Şahruddinin zədəsinin ciddi olmadığı da bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43