19 Sentyabr 2024
Dünya futbolu

Salah qərarını verdi – ayrılır, yoxsa qalır?

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə klubu ilə yeni müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, misirli futbolçu rəhbərliyin təklif etdiyi şərtlərlə razılaşıb.

Salah  2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. O, bu mövsüm İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. 

Transfermarkt” internet portalında 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyondur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43