Kateqoriyasız

“Şamaxı”nın təklifindən imtina etdim” – ukraynalı baş məşqçi

“Azərbaycandan dəvət alsam da, getmədim.  Ölkə kubokunu qazandığım komandaya dəvət etdilər, imtina etdim. Klub indi “Keşlə” yox, “Şamaxı” adlanır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Şamaxı”nın sabiq baş məşqçisi Yuri Maksimov “TaToTake”ə açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Gürcüstandan da təklif almışdım, geri çevirdim. Heç kimin səhvlərini düzəltmək istəmirəm, sıfırdan nəyəsə başlamaq niyyətindəyəm”.

Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında “Keşlə”nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43