Kateqoriyasız

“Sambaçılar” “Qarabağ”ın tarixinə düşdülər

“Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində səfərdə Malta “Valettası” ilə keçirdiyi oyun bir sıra məqamları ilə yadda qalıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun iki legioneri Çumbinyo və Danilo Dias “köhlən atlar”ın tarixinə düşüblər. 

27 yaşlı Çumbinyo 17-ci dəqiqədə qələbə topunu vurmaqla “Qarabağ”ın ÇL-də debütünün ilk qolunun müəllifi olub.

“Qarabağ”ın digər braziliyalısı Danilo Dias isə Ağdam klubunda ilk rəsmi matçına çıxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43