İdman

“Samir Əliyevin gətirdiyi futbolçuları bir-bir göndərirlər” – Vüqar Nadirov

“Səbail”in Vüqar Nadirovla yollarını ayrıması barədə xəbər vermişdik.

İdmanxeber.com-a açıqlama verən paytaxt təmsilçisinin və millimizin sabiq üzvü “Səbail”dən ayrılmasına bu cür şərh verib: “Futbolda belə şeylər olur. Razılıq olmadı və qalmadım. Kluba yeni baş məşqçi təyin olunub. Lakin mənə elə gəlir, ayrılmağımda Aftandil Hacıyev səbəbkar deyil. Ola  bilsin, Samir Əliyevin klubdan ayrılmasından sonra onun gətirdiyi futbolçuları da bir-bir göndərirlər”.

Vüqar hələlik hər hansısa rəsmi təklif almadığını, hər şeyə yaxın günlərdə aydınlıq gələcəyini bildirdi: “İnşallah, klubsuz qalmaram. Bu günə qədər nə hörmət yığmışamsa, öz əməyimin bəhrəsidi. Əmim məni futbola istiqamətləndirib, qalanını özüm bacarmışam. İnşallah, hər şey yaxşı olacaq”,


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43