İdman

Yunis Hüseynov: “İstefa verməmişəm, xəbər gözləyirəm”

“Evdə oturmuşuq, xəbər gözləyirik”.

İdmanxeber.com-un əməkdaşı ilə söhbətində bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib. Cari mövsüm Azərbaycan Premeyr Liqasında sonuncu pilləni tutan “sarı göylər”in çalışdırıcısı istefa verməsi ilə bağlıı yayılan xəbərləri təkzib edib: “Mən heç bilmirəm necə olacaq. Ola bilsin “Kəpəz” heç I Divizionda çıxış etməsin. Heçnə dəqiq deyil. İstefa verməmişəm. Sadəcə konkret söz desəydilər, işimizi bilərdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43