19 Sentyabr 2024
Ölkə futbolu

Samir Abasov: “Futbolçular tam hazır deyil”

“Rəqibi təbrik edirəm. Ayxan Abbasov mübariz komanda qurub. Tez qol buraxdıq. Hesabı bərabərləşdirmək üçün fürsətimiz oldu. Amma yararlana bilmədik. Oyunun sonunda rəqib qapandıqca bizim qol vurmağımız çətinləşdirdi. Gələcək oyunlara hazırlaşacağıq. Belə period hər komadanın başına gəlir. Çempionatın əvvəlidir. Futbolçular tam hazır deyil. Amma bu, bəhanə deyil”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Şamaxı” oyunu (0:1) sonrası deyib. O, daha sonra beıə davam edib:

– Ardıcıl 3 oyundur məğlub olursuz. Bu durumdan çıxmaq üçün ümidiniz var?

– Əlbəttə var. Uşaqlar tam formaya düşəndə nəticələr də olacaq. Bu gün fiziki baxımdan balanslı komanda deyilik. Belə əziyyətlər çəkəcəyimizi bilirdik. Hələ çempionatın əvvəlidir. Keçən il də belə problemlər yaşamışdıq. Pis gündə səbrli olmalıyıq. Dava-dalaşla nəsə qazana bilmərik.

– Rəqibin hündür boylu mərkəz müdafiəçiləri olduğu halda futbolçularınız göylə ötürmələrə üstünlük verirdi. Bu, nə ilə bağlı idi?

– Cərimə meydançasında təhlükəli ol bilmirdik. Buna görə də rəqib oyunçuların səhv edəcəyinə ümid edirdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43