Kateqoriyasız

Samir Abasov: “Məyus yox, dəli olardım”

“Maraqlı oyun keçdi. Çox qol vuruldu. Azarkeşlərin reaksiyasını gördüm. Həyəcanlı oyun oldu. Bir az boşalsaydıq, uduza da bilərdik. Və ya əksinə əks-hücumlarda hesabı daha da artıra bilərik. “İnter” “Qarabağ” kimi komandadan da az qol buraxır. Belə komandaya 3 qol vurub, qələbə qazanmaq əni sevindirir. Zədəli oyunçularımız var. Buna baxmayaraq, uşaqlar mübarizə göstərdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Çalışdırıcı ikinci hissədə komandasının lehinə verilməyən penalti epizoduna da toxunub:

“Çəkinirəm penalti olub-olmadığını deməyə. Mən penalti istəyirdim. Çünki bu, komandamın xeyirinədi. Hesabın 3:3 olsaydı, penaltiyə görə məyus olmazdım. Amma 3 top fərqi ilə öndə ola-ola heç-heçə etməyimizə görə nəinki məyus, hətta dəli olardım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43