İdman

Samir Abbasov: “Qorxduğumuz başımıza gəldi”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib.

 

İdmanxeber.com-un məlumatına görə, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bir ay idi ki rəsmi oyuna çıxmamışdıq. Ən çox qorxduğumuz o idi ki, futbolçularımız həyəcanlı olacaq. Qorxduğumuz başımıza gəldi. İlk dəqiqələrdə həyəcanlı görünürdülər. Bəlkə də uzun müddətdi oynamamağmızın fəsadıdır”. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43