İdman

Millinin futbolçusu oynamadı, komandası böyük hesabla məğlub oldu

Portuqaliya çempionatında 4-cü turun oyunları keçirilib.
 

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Emin Mahmudovun komandası “Boavişta” da növbəti oyununu keçirib. Sözügedən klub səfərdə “Braqa”nın qonağı olub. 

Qarşılaşma meydan sahiblərinin 3 – 0 hesablı qələbəsi ilə bitib.

 
Əvvəlki turlarda olduğu kimi, yenə də Emin Mahmudovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, “Boavişta” 4 turdan sonra 5 xal toplayıb və 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43