Ölkə futbolu

Samir Abbasov “Zirə”yə keçir?

Samir Abbasov “Zirə”ni çalışdıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Zirə”nın baş məşqçisi Ayxan Abbasov komandaya yeni bir nəfəs lazım olduğunu qeyd edərək postundan istefa verib. Komandanın başına kimin keçəcəyi hələlik dəqiq olmasa da,  bu vəzifəyə ən yaxın namizəd Samir Abbasovdur. Ötən mövsüm “Sumqayıt”dan ayrılan baş məşqçinin  “Zirə”yə keçəcəyi ilə bağlı söz-söhbətlər var idi. “Sumqayıt”da oynatdığı futbolla alqışları toplayan S.Abbasovun yaxın vaxtda “Zirə”yə keçəcəyi gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43