Ölkə futbolu

“Samsunspor” – “Kəpəz” (FOTOLAR)

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ilk yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” Ərzurumda Türkiyənin birinci divizion təmsilçisi “Samsunspor”la  qarşılaşıb. “Kəpəz” 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, “Kəpəz”in ölkə xaricindəki hazırlıq dövründə daha iki yoxlama görüşü keçirməsi nəzərdə tutulub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43