İdman

San Marino – Azərbaycan matçının hakimlər briqadası açıqlandı

Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San-Marino ilə ilk oyununun hakimləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, UEFA sentyabrın 4-də baş tutacaq qarşılaşmaya belçikalı hakimlər briqadasını göndərəcək.

 

Matçın baş hakimi Sebastyen Delferyer olacaq. Ona köməkçiləri Yves de Neve və Co de Veyrdt yardım edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını Aleksandru Bukau yerinə yetirəcək. Referilərin işinə hakim-inspektor qismində makedoniyalı Emil Bojinovski qiymət verəcək. İsveçrəli Luka Zorzi isə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, San-Marino – Azərbaycan oyunu sentyabrın 4-də Serravalle şəhərindəki 6664 nəfərlik tutuma malik milli stadionda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43