İdman

San Marino Millisinin baş məşqçisi: “Biz də pis oynamadıq”

Pierangelo Manzaroli (San Marino millisinin baş məşqçisi): “Daha yaxşı oyun gözləyirdik. Azərbaycan millisi layiqli qələbə qazandı. Biz də pis oynamadıq. Amma fiziki hazırlığımız yetərli səviyyədə deyil. İkinci hissəyə bir qədər yaxşı başladıq. Amma qırmızı vərəqə bizi çətin vəziyyətə saldı. Bu səbəbdən də seçmə mərhələyə uğurlu nəticə ilə başlaya bilmədik”.(affa.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43