Premyer Liqa

Saşa Stamenkoviç fərqi, “Xəzər Lənkəran” – “Qəbələ” qardaşlığının FAKTI (ARAŞDIRMA)

Premyer Liqanın XIII turu bir çox məqamları ilə diqqətdən qaçmadı.

Turun beş oyununda hakimlər 23 dəfə futbolçuları sarı vərəqə ilə cazalandırmalı olub. XIII turda meydandan qovulan yeganə futbolçu isə Saşa Stamenkoviç oldu.

Matçları idarə edən hakimlər daha çox meydan sahiblərini cəzalandırıblar. Belə ki, göstərilən 23 vərəqədən 15-i meydan sahiblərinə, yerdə qalan səkkizi isə qonaq oyunçulara göstərilib.

Turun ən sərt matçı isə “Neftçi” – “Bakı” oyunu olub. Paytaxt derbisini idarə edən Fariz Yusifov 7 dəfə əlini cibinə atmalı olub. “Neftçi”nin futbolçuları 4 sarı, 1 qırmızı ilə cəzalandırılıblar. Qonaq komandanın oyunçularında isə bu göstərici 2 olub. Bu komandalar arasında ilk dövrədə keçirilən oyunda 2 qırmızı vərəqə olmuşdu. Bu dəfə də meydan sahiblərinin iki oyunçusu (Cavid Hüseynov, Aqil Məmmədov)  meydandan qovulmuşdu.

Düzdü Turun digər oyunu olan AZAL – “Qarabağ” matçında da hakim 7 dəfə əlini cibinə atmalı olub. Lakin bu dəfə bütün kartların rəngi sarı olub. Bu matçda meydan sahibləri 6 dəfə sarı kartla cəzalandırılmaqla turun ən sərt oynayan klubu adına yiyələnib.

XIII turun açılış matçında üz-üzə gələn “Rəvan” – “Sumqayıt” oyununda isə matçın baş hakimi Əliyar Ağayev hər komandanı 2 dəfə sarı vərəqə ilə cəzalandırıb.

“Şəfa”da keçirilən “İnter” – “Simurq” matçında isə futbolçulara cəmi 3 sarı vərəqə göstərilib. Bunlardan ikisi meydan sahiblərinə, digər biri isə qonaq komandanın oyunçularına verilib.

Maraqlıdır ki, bu tur “Xəzər Lənkəran” – “Qəbələ” oyununda Cənub klubunun oyunçuları sarı kartla cəzalandırılmayıblar. Oyunu idarə edən Vüsal Əliyev “Qəbələ”nin futbolçularına 3 dəfə sarı kart göstərib. Daha bir diqqət çəkən məqam isə bu komandaların ilk dövrədəki matçındandı. Belə ki, “Qəbələ”nin meydanında keçirilən oyunu da Vüsal Əliyev idarə etmiş, həmin oyunda da 3 sarı kart verilmiş, cəzalanan oyunçular isə yenə “Qəbələ”nin üzvləri olmuşdu. Bundan əlavə XL-in yeganə kart almadığı 13 tur ərzindəki oyunları məhz “Qəbələ” ilə keçirdiyi bu 2 matçlardı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43