Ölkə futbolu

“Xəzər Lənkəran”lının cavabı gecikmədi: “Rəşad Sadiqov kimdir ki, mənim üstümə qışqırsın?!”

"Bu barədə danışmışam. Ona görə, çox danışmağa ehtiyac yoxdu. 7 ildən artıqdır ki, Lənkəranda çalışıram,  oyun ərzində heç kimi söyməmişəm".

Bu sözləri idmanxeber.com saytına açıqlamasında "Xəzər Lənkəran"ın tərcüməçisi Elvar Quliyev deyib.

"Neftçi"nin futbolçusu Rəşad Sadiqovun komanda yoldaşlarını söyməkdə ittiham etdiyi Quliyev paytaxt klubunun kapitanının cavabını belə verib:
"Mənim öz işim var, öz işimi görürəm. Mən belə bir epizodu xatırlamıram. Bir də Rəşad Sadiqov kimdir ki, mənim üstümə qışqırsın?!"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43