İdman

“Səbail”dən ayrılacaq

Mövsümün sonunda “Səbail”dən ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib.

 

İdmanxeber.com-un məlumatına görə, “aslanlar” Belçikanın “Standart” klubundan icarəyə götürdüyü Faruk Miyanın transferi üçün qarşı tərəfə müraciət etməyəcək. 20 yaşlı forvard Lyej təmsilçisinə geri dönəcək.

 

Qış fasiləsində paytaxt klubuna keçən uqandalı futbolçu 12 oyuna 2 qol vurub.

 

Əlavə edək ki, “Səbail”in “Jilina”dan icarəyə götürdüyü Yevgeni Koçuk da komandadan ayrılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43