İdman

“Qarabağ”ın futbolçuları çempionluğu əsgərlərlə birgə qeyd etdi – FOTOLAR

“Qarabağ”ın futbolçuları Qarabağ bölgəsinə səfər edib.

İdmanxeber.comun report.az-a istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinin üzvlərindən Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev öncə rayonda yerləşən N saylı hərbi hissədə olublar.

Futbolçular burada hərbi hissənin komandiri, general-mayor Hikmət Həsənovla görüşüblər. Onlar hərbi hissədəki şəraitlə də tanış olublar. Komanda üzvləri hərbi hissəyə “Qarabağ” forması, top və şarf hədiyyə ediblər.  








İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43