24 Oktyabr 2020
Müsahibə

Səlahət Ağayev “Kamran Ağayev Azərbaycanda bir nömrədi” – MÜSAHİBƏ

“İnter”in qapıçısı Səlahət Ağayevin idmanxeber.com-a müsahibəsi.

– “Sumqayıt”ı məğlub edə bilməməyinizə səbəb nə oldu?

Fasilədən sonra ilk oyunlar hər zaman çətin olur. Bu dəfə də belə oldu. Belə baxanda “Sumqayıt” münasib rəqib idi. Təbii ki, “Neftçi”, “Qarabağ” kimi komandalara baxanda…Şansımız da oldu. Penaltini vura bilmədik.

– Penalti epizodundan bir neçə saniyə öncə hakimə etiraz etdiniz. Çünki həmin etiraz etdiyiniz məqamda da penalti olduğunu düşünürdüz. Lakin elə alındı ki, həmin hücumun sonunda hakimi bu dəfə penalti qərarı verməyə məcbur etdiniz. 

Əslində mən həmin epizodu elə də yaxşı görə bilmədi. Bu qapıdan o qapını görmək çətindi. Penalti var idi ki, komanda yoldaşlarım etiraz etdilər. Heç kim heç kimə durduğu yerdə etiraz etməz.

– İkinci hissədə sənin qapına doğru “Sumqayıt” yaxınlaşa bilmədi. Darıxmadın ikinci yarıda?

Yox, neyləməliydim ki? Gedib hücuma qoşulmalıydım? (gülür)

– Çempionluq yolunda vacib iki xal itirdiniz. Mövsümün sonunda bu itirilən xallara görə dizinizə döyəcəksiniz. Səncə “İnter” “çempionluq döyüşu”dən üzüağ çıxa biləcək?

Düzdü, hər itirilən xala görə mövsümün sonunda heyfislənə bilərik. Ancaq bu oyundu. Hər bir komandanın başına gələ bilər. Hələ bilmək olmaz. İndidən kimin çempion olacağını dmeək olmaz. Hamı xal itirəcək.

– Növbəti turda Lənkəran səfərinə yollanacaqsınız. “Xəzər Lənkəran”la oyun haqda fikirlərini bilmək istəyərdim?

Onlar heyətini gənclərdən yığdılar. Bu daha da bizim üçün çətin ola bilər. Çünki cavanlar meydanda vuruşacaqlar.

– Millidə Kamran Ağayevi əsas heyətdən sıxışdırıb çıxartmağı bacarırsan. Kamranın da klubsuz qalması və “Qəbələ”dəki zəif çıxışları sənin millinin əsas heyətində yerinin möhkəmlənməsi anlamına gəlmir ki?

Kamran Ağayev 6 ay klubsuz olduğu vaxtda da gəldi millidə əsas heyətdə oynadı. O, elə qapıçıdı ki, oynamasa da, millidə başqa cür çıxış edir. Kamran Azərbaycanda bir nömrədi. Qarşıdakı oyunlarda da məşqçi kimə şans verəcək o da çıxıb qapını qoruyacaq. 

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Abdulbari Goozal: “Biz Qurbanova inanırıq” – MÜSAHİBƏ

admin

“Tvente” və “Dnepr” səfərlərinin qəhrəmanı: “Qarabağ” bu çempionatın ən yaxşı komandası deyil” – MÜSAHİBƏ

admin

“Bizim şərtlər daha cəlbedici idi, ancaq o, “Qarabağ”ı seçdi” (MÜSAHİBƏ)

admin