Kateqoriyasız

“Şəmkir” darmadağın etdi, İmişli klubu qələbəni sonda əldən verdi

Futbol üzrə Azərbaycan I Divizionunda 21-ci tura start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub. “Şəmkir” səfərdə “Energetik”i 3-0 hesabı ilə üstələyib. “Lokomotiv” – “Mil-Muğan” oyununda isə qalib müəyyən olunmayıb – 1:1.

“Energetik” 0-3 “Şəmkir”

(Anar Rzayev, 67; Ramil Sadıqov, 70; Elxan Əzizov, 81)

“Lokomotiv” 1-1 “Mil-Muğan”

(Vasif Rzayev, 90+3 // Sabir Allahquliyev, 86)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43