Kateqoriyasız

“Sent-Etyen”in baş məşqçisi: “Azərbaycanın “Qarabağ” klubunu isə tanımıram”

“Qarabağ”ın yer aldiğı qrupda mübarizə aparan Fransanın “Sent-Etyen” klubunun baş məşqçisi Kristof Qaltye Avroliqanın qrup mərhələsindəki rəqibləri barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, Kristof Qaltye bu fikirləri səsləndirib:

“İnter” məşhur komandalardan sayılır. Belə rəqiblə düşməyimiz bizim üçün maraqlı təsadüfdür. Biz meydançada “İnter”dən çəkinməyərək oyunumuzu göstərməliyik.

“Dnepr” ilə bağlı mənim yadımda qalan şeylər var. 1987-ci ildə (əslində 1988-ci ildə – red.) Jan Tiqana və Alen Jiressin qolları ilə “Bordo” Ukrayna klubunu mübarizədən kənarlaşdırmışdı. İndi də “Dnepr”in məhsuldar oyunu ilə bağlı bəzi informasiyaya malikəm. Orda çox yaxşı komanda var. Hazırda çempionatda II pillədədirlər.

Azərbaycanın “Qarabağ” klubunu isə tanımıram. Ancaq mənim köməkçilərim artıq bu komandanı  və digər iki rəqibimizi öyrənmək üzərində işləməyə başlayıb. Biz çox uzağa səfər edəcəyik. İki dənə uzun səfərimiz var. Təəssüf ki, püşk belə düşüb. Biz Avroliqanın qrup oyunlarına kimi yaxşı çalışmalı və bərpa olunmalıyıq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43