Dünya futbolu

“Sent-Etyen”in futbolçusu: “Bakıya şübhə ilə gedirik”

“Azərbaycan bizə tanış ölkə deyil. Bakıya şübhə ilə gedirik. “Qarabağ”la oyunumuz “Karabükspor”la görüşdən fərqlənməyəcək”.

İdmanxeber.com-un məlumatıan görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Sent-Etyen” klubunun futbolçusu Conatan Brizon oyunöncəsi Fransa mətbuatına danışarkən deyib. Futbolçu sözlərinə belə əlavə edib:

“Oynayacağımız yer və stadion haqda məlumatımız yoxdur. Bu, bizim üçün qeyri-müəyyəndir. Meydançanın vəziyyətinin də hansı səviyyədə olduğunu bilmirik. Ancaq meydançaya uyğunlaşmaq üçün bir qədər vaxtımız olacaq. Qələbə və ya heç-heçə üçün oynayacağımız da bəlli deyil. Ancaq ilk baxışda heç-heçə pis nəticə olmaz. Əgər qələbə qazansaq, bu, bizim üstün olduğumuzu göstərəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43