Kateqoriyasız

Nikolas Kanales: “Qəbələ” iki il əvvəlkindən daha güclüdür”

“İki mövsüm əvvəl “Qəbələ”yə qarşı oynamışam və bu komandanın nəyə qadir olduğunu bilirəm. Standart vəziyyətlərdən çox yaxşı yararlanmağı bacarırlar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin hücumçusu Nikolas Kanales klubun rəsmi saytına açıqlamasında deyib.

Premyer Liqanın 6-cı turunda qarşılaşacaqları “Qəbələ” ilə oyun haqda danışan çilili futbolçu səfərdən 3 xalla qayıtmağa çalışacaqlarını bildirib: “Bildiyimə görə, “Qəbələ” iki il əvvəlkindən daha güclüdür. Ötən mövsüm Azərbaycan kubokunun finalına çıxıblar və Premyer Liqanın bürünc medalını qazanıblar. “Qəbələ”nin heyətində kifayət qədər səviyyəli futbolçu yer alır. Doğma meydan amilini nəzərə alsaq, azarkeş dəstəyi də daha çox onların tərəfində olacaq. Bununla belə, çalışacağıq ki, Qəbələdən 3 xalla qayıdıb, liderlər qrupunda möhkəmlənək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43