Kateqoriyasız

“Sent-Etyen”in prezidenti: “Çətin qrupa düşməmişik”

“Çətin qrupa düşdüyümüzə tam əmin deyiləm. Çətinlik olduqda, sən daha çox şey öyrənirsən. Ona görə də asan yol axtarmayın”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”ın qonağı olacaq “Sent-Etyen” klubunun prezidenti Bernard Kayazzo deyib.

Fransa klubunun başçısı daha sonra sözlərinə belə davam edib:

“San Siro”da oynamaq əla hissdir. Eyni zamanda bizi Azərbaycan və Ukraynaya uzaq səfərlər gözləyir. Maraqlı olacaq”.

Qeyd edək ki, sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la qarşılaşacaq “Sent-Etyen”in növbəti səfəri İtaliyaya olacaq. Fransa təmsilçisi oktyabrın 23-də Milanda “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43