Ölkə futbolu

Sərcan Kaya: “Azərbaycan milli komandası dəftəri mənim üçün qapanıb”

Türkiyənin “Çaykur Rizəspor” klubunun futbolçusu Sərcan Kaya Azərbaycan millisindən aldığı dəvəti qəbul etməyib.

Bu barədə hücumameylli yarımmüdafiəçi “Anadolu” agentliyinə açıqlama verib.

O, buna səbəb kimi Türkiyə yığmasında oynamaq istəyini göstərib: “Babam əslən azərbaycanlıdı. Bu səbəbdən, Azərbaycan millisinə dəvət almışdım. Hətta bu ölkə yığması ilə aramızda get-gəl olmuşdu. Rəsmi danışıqların ardından düşünmək üçün vaxt istəmişdim. Ötən ay toplanışa çağırılarkən, təklifi qəbul etməməyi qərara aldım. Azərbaycan milli komandası dəftəri mənim üçün qapanıb. Hazırkı formamı davam etdirsəm, Türkiyə yığmasına çağırıla bilərəm. Hədəfim “ay-ulduzlu” formanı geyinməkdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43